Azərbaycan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) əsas prinsipi olan – “Heç kimi kənarda qoymamaq” prinsipinə sadiqliyini nümayiş etdirir.
“Report” xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso bildirib.
O bildirib ki, Azərbaycana ilk dəfə gəldikdə ölkədə Birinci Qarabağ müharibəsi nəticəsində öz evlərini tərk etməli olmuş çox sayda məcburi köçkünün olduğuna şahidlik edib. Quido Ambroso azərbaycanlı məcburi köçkünlərin güc və iradə nümayiş etdirdiklərini sözlərinə əlavə edib.
O qeyd edib ki, həmin şəxslərin öz doğma yurd-yuvalarına qayıtması üçün vaxt tələb olunur: “Torpaqlar qaytarılsa da, hazırda orada minatəmizləmə işləri aparılır”.