BMT rəsmisi Ağdamda iki nəfərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib

BMT rəsmisi Ağdamda iki nəfərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Ağdamda iki nəfərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.
Xarici siyasət
16 Mart , 2023 15:57
BMT rəsmisi Ağdamda iki nəfərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib
Vladanka Andreyeva

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Ağdamda iki nəfərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

V.Andreyeva deyib ki, BMT Azərbaycanın minatəmizləmə səylərini bundan sonra da dəstəkləməkdə davam edəcək: "Biz ərazilərin bərpası sahəsində təcrübəmizi Azərbaycanla bölüşməyə davam edəcəyik. Ötən ilin oktyabrında Ağdamdakı bu konfrans mərkəzində ilk görüşümüz dünyanın müxtəlif ölkələrindən 150-dən çox iştirakçını bir araya gətirən Milli Şəhərsalma Forumu oldu. Onlar “ağıllı şəhər”lərin necə salınması mövzusunda öz təcrübələrini bölüşdülər. Azərbaycan bu baxımdan olduqca unikal ölkədir. Belə ki, bizim yaşıl enerjidən istifadə edərək yeni “ağıllı şəhər”lər və kəndlər salmaq, bu prosesi sənədləşdirmək və digər ölkələrlə bölüşmək imkanımız var”.

Onun sözlərinə görə, minatəmizləmə işləri də prioritetdir. Bununla bağlı may ayında Ağdamda və Bakıda mina təhlükəsi ilə bağlı konfrans keçiriləcək.

Bu gün Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələrin növbəti mərhələsini şərh edən Vladanka Andreyeva tədbir iştirakçılarının bu il və növbəti illər üçün əməkdaşlığı müzakirə etdiklərini, həmçinin prioritet istiqamətləri müəyyənləşdirdiklərini qeyd edib.

Son xəbərlər

Orphus sistemi