BMT QAK-ın nümayəndəsi Azərbaycandakı missiyasını başa vurub

BMT QAK-ın nümayəndəsi Azərbaycandakı missiyasını başa vurub Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) nümayəndəsi Quido Ambroso Azərbaycandakı missiyasını başa vurub.
Xarici siyasət
1 Fevral , 2023 16:11
BMT QAK-ın nümayəndəsi Azərbaycandakı missiyasını başa vurub

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) nümayəndəsi Quido Ambroso Azərbaycandakı missiyasını başa vurub.

"Report"un xəbərinə görə, bu barədə Komissarlığın Azərbaycan nümayəndəliyindən məlumat verilib.

"Bu dörd il yarım ərzində o, qaçqınların, sığınacaq axtaranların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin müdafiəsinə tam sadiqlik nümayiş etdirib", - məlumatda deyilir.

Xatırladaq ki, o, 2018-ci ilin iyul ayından bu vəzifəni icra edir. Ümumilikdə, Quido Ambroso BMT-də 30 ildən çox çalışıb.

Son xəbərlər

Orphus sistemi