BMT QAK-ın nümayəndəsi: “Azərbaycan vətəndaşlığın verilməsi ilə bağlı uğurlu işlər görür”

Xarici siyasət
  • 06 iyul, 2023
  • 07:45
BMT QAK-ın nümayəndəsi: “Azərbaycan vətəndaşlığın verilməsi ilə bağlı uğurlu işlər görür”

“Azərbaycan vətəndaşlığı olmayan şəxslərə vətəndaşlıq verilməsi və vətəndaşlığın verilməsi prosesinin sadələşdirilməsi istiqamətində uğurlu işlər görür”.

“Report” xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Bik Lum “Vətəndaşsızlıq üzrə Yüksək Səviyyəli Konfrans”da çıxışı zamanı deyib.

O qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi vətəndaşlıq verilməsindən imtina problemini həll etməkdir.

“Hazırda dünyada milyonlarla insana müxtəlif səbəblərə görə vətəndaşlıq verməkdən imtina edilir. Bizim rolumuz bu insanların vətəndaşlıq əldə etmələrinə və onun verdiyi əsas hüquqlardan faydalanmalarına kömək etməkdir. Vətəndaşlıq məsələlərinin tənzimlənməsi üzrə bir çox beynəlxalq konvensiyaların, siyasi sənədlərin olmasına baxmayaraq, hələ də dünyada vətəndaşlığı olmayan milyonlarla insan var. Bu o deməkdir ki, milyonlarla insan bizim normal hesab etdiyimiz həyat yaşamaq imkanından məhrumdur”, - B.Lum deyib.