BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsakzai Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi tvitterdə məlumat yayıb.
Tərəflər insan haqlarının təşviqi və qorunması üçün BMT-Azərbaycan tərəfdaşlığını, BMT-nin insan hüquqları mexanizmləri ilə əlaqənin dəstəklənməsini, vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlığı, eləcə də COVID-19 pandemiyasından və münaqişədən sonrakı bərpa işlərinə insanyönümlü yanaşmanı müzakirə ediblər.