BMT-nin rezident-koordinatoru: “Azərbaycan 30 il ərzində böyük uğurlar qazanıb”

BMT-nin rezident-koordinatoru: “Azərbaycan 30 il ərzində böyük uğurlar qazanıb” “Azərbaycan 30 il ərzində iqtisadiyyat sahəsində böyük uğurlar qazanıb. 30 il əvvəl Azərbaycanın gənc bir dövlət olduğunu nəzərə aldıqda, bu, xüsusilə vacibdir”.
Xarici siyasət
2 Mart , 2022 11:39
BMT-nin rezident-koordinatoru: “Azərbaycan 30 il ərzində böyük uğurlar qazanıb”

“Azərbaycan 30 il ərzində iqtisadiyyat sahəsində böyük uğurlar qazanıb. Otuz il əvvəl Azərbaycanın gənc bir dövlət olduğunu nəzərə aldıqda, bu, xüsusilə vacibdir”.

“Report” xəbər verir ki, bu barədə Bakıda Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlığın 30 illiyinə həsr olunmuş fotosərginin açılış mərasimində iştirak edən BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva bildirib.

O, həmçinin Azərbaycanın təşkilatın prinsipləri çərçivəsində beynəlxalq səviyyədə çox işlər gördüyünü və bu fəaliyyətini davam etdirdiyini vurğulayıb.

BMT-nin rezident-koordinatoru Azərbaycanın pandemiya ilə mübarizədəki rolunu xüsusilə qeyd edib. Onun sözlərinə görə, ölkə təkcə öz əhalisinə deyil, beynəlxalq arenada digər ölkələrə də kömək edib.

V.Andreyeva Qoşulmama Hərəkatında sədrlik edən Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə bir sıra təşəbbüslərlə çıxış etdiyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi