BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Azərbaycana gələcək

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Azərbaycana gələcək BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver Azərbaycana səfərə gələcək.
Xarici siyasət
26 Sentyabr , 2019 12:41
BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Azərbaycana gələcək

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver Azərbaycana səfərə gələcək. 

"Report" xəbər verir ki, faktaraşdırcı xarakter daşıyan səfər oktyabrın 1-dən 11-dək davam edəcək. 

Bu, qida hüququ üzrə müstəqil ekspertin ölkəyə ilk səfəridir. Xüsusi məruzəçi Bakıya, Qubaya və Gəncəyə səfər edəcək. O, hökumət rəsmiləri, Ombudsman, BMT sistemin nümayəndələri, beynəlxalq donor icması, vətəndaş cəmiyyəti təşkilatları və digər icmalarla görüşlər keçirəcək.

O, kənd təsərrüfatı sektorunun oynadığı rolu, o cümlədən münasib təcrübə nümunələrini və çətinlikləri nəzərdən keçirməyi planlaşdırır.  

Xüsusi məruzəçi səfərinə dair ilkin müşahidələrini səfərin sonunda, oktyabrın 11-də mətbuat konfransında təqdim edəcək.

Səfərlə əlaqədar H.Elverin yekun hesabatı 2020-ci ilin martında Cenevrədə İnsan Hüquqları Şurasına təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi