Bakı. 5 may. REPORT.AZ/ "Ekstremizm yeni fenomen deyil. Bu gün ekstremistlər ən böyük üstünlükdən - internetdən yararlanır. Planetin əhalisinin demək olar, yarısının internetə çıxışı var".
"Report" xəbər verir ki, bunu BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasir Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Dialoq və universal dəyərlərə dəstək: zorakı ekstremizmin qarşısının alınması vasitələri" mövzusundakı ilk plenar sessiyada çıxış edərkən deyib.
"Hədəflərini müəyyənləşdirmək üçün ekstremistlər də biznesmenlər kimi eyni metodlardan istifadə edirlər. İnsanları London, Paris, Berlində baş verən hərəkətləri etməyə nə məcbur edir?! Bu, onların daxilində yaranan niftərdir. Bu baxımdan, bərabərsizliyi qarşı mübarizə vacibdir. Təhsil insanlar arasında körpü rolunu oynaya bilər. Dünyada 1,8 milyard gənc yaşayır və onlara yaxın olmaq lazımdır", - deyə M.Nasir vurğulayıb.