Yuxarı
    Bağlamaq

    BMT İnkişaf Proqramının Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi təyin edilib

    Bu vəzifəyə türkiyəli Ercan Murat gətirilib

    Bakı. 22 yanvar. REPORT.AZ/ BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi təyin edilib.

    BMT-nin Azərbaycandakı ofisindən “Report”a verilən məlumata görə, bu vəzifəyə türkiyəli Ercan Murat gətirilib.

    O bu vəzifədə 2015-ci ilin dekabr ayında diplomatik missiyanı tamamlamış hollandiyalı Antonius Bruku müvəqqəti əvəz edəcək.

    E.Murat BMT-də 1964-cü ildən çalışır və BMT sistemində müxtəlif ölkələrdə fərqli vəzifələrdə çalışıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi