“Prezident
“Report” xəbər verir ki, bunu BMT Baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanda olduğuna görə özünü məmnun hiss etdiyini bildirib: “BMT adından Azərbaycan hökumətini “ASAN xidmət” təşəbbüsü münasibətilə təbrik edirəm və ümid edirəm ki, Azərbaycan hökuməti ilə BMT arasında əməkdaşlıq bundan sonra da davam etdiriləcək"
“Bu Forum sayəsində biz dövlət xidmətlərini dünyada təşviq edirik. Dövlət xidmətlərinin mükafatları sahəsində isə Azərbaycanın “ASAN xidmət” modeli də daxil olmaqla ən optimal təcrübələri digər ölkələrlə bölüşürük”, - deyə Lui Zenmin qeyd edib.