BMT Baş katibi: “Pandemiya dövründə bütün cəmiyyət çətin dövrdən keçir”

BMT Baş katibi: “Pandemiya dövründə bütün cəmiyyət çətin dövrdən keçir”
Xarici siyasət
4 May , 2020 16:55
BMT Baş katibi: “Pandemiya dövründə bütün cəmiyyət çətin dövrdən keçir”
0 : 00
0 : 00

“Qoşulmama Hərəkatı təşkilatı qlobal həmrəyliyin formalaşmasında mühüm rol oynayır”.

“Report” xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterriş Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən videokonfransı zamanı deyib.

“Bütün cəmiyyət çətin dövrdən keçir. 3 prioritetimiz var: pandemiyaya son qoymaq, virusun sosial-iqtisadi nəticələrini aradan qaldırmaq və reabilitasiya prosesində heç kimin diqqətdən kənar qoymamaq”, - A.Quterriş bildirib.

O həmçinin görüşü təşkil etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.