Bakı. 13 avqust . REPORT.AZ/ Sentyabrın 15-də
Ənənəyə uyğun olaraq, sentyabrın 28-də ilk olaraq tribunada Braziliya və ABŞ prezidentləri çıxış edəcək.
Baş Assambleya və BMT İqtisadi və Sosial Şurasının işləri üzrə şöbənin direktoru İon Botnarın sözlərinə görə, sentyabr ayında BMT-nin Nyu-Yorkdakı qərargahında rekord sayda dövlət və hökumət başçıları toplaşacaq. Artıq BMT-nin 193 üzv-ölkələrindən 155-i iştirak üçün ərizə yollayıb.
O qeyd edib ki, Sabit İnkişaf üzrə Sammit qarşıdakı sessiyanın ən mühüm hadisəsidir. Həmin sammitdə BMT-yə üzv dövlətlər növbəti 15 il üçün inkişaf sahəsində yeni qlobal gündəliyi qəbul edəcək.