BMqT Azərbaycandakı sığınacaqlara dezinfeksiya vasitələri ianə edib

BMqT Azərbaycandakı sığınacaqlara dezinfeksiya vasitələri ianə edib Azərbaycanda Koronavirusun yayılması və hərəkət məhdudiyyəti insan alveri qurbanları üçün nəzərdə tutulan qeyri-hökümət təşkilatlarının nəznindəki sığınacaqların şəxsi qoruyucu və məişət təmizlik vasiətləri təchizatında çətinliklər yaradıb.
Xarici siyasət
27 İyul , 2020 12:18
BMqT Azərbaycandakı sığınacaqlara dezinfeksiya vasitələri ianə edib

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi sığınacaqların şəxsi qoruyucu və gigiyena, məişət təmizlik vasitələrinə olan əsas ehtiyaclarını qarşılamaqla onları dəstəkləməkdə davam edir.

Nümayəndəlikdən "Report"a verilən məlumata görə, Azərbaycanda koronavirusun yayılması və hərəkət məhdudiyyəti insan alveri qurbanları üçün nəzərdə tutulan qeyri-hökumət təşkilatlarının nəzdindəki sığınacaqların şəxsi qoruyucu və məişət təmizlik vasitələri təchizatında çətinliklər yaradıb.

BMqT-nin Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə insan alveri və məişət zorakılığına məruz qalan şəxslər üçün nəzərdə tutulan sığınacaqlara sabun, yuyucu və dezinfeksiyaedici vasitələr, əlcək, maskalar və digər təmizlik vasitələrinin daxil olduğu şəxsi və məişət gigiyena məhsullarını ianə edib.

BMqT hazırda insan alveri qurbanlarına və vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarında yerləşdirilmiş insan alveri və məişət zorakılığına məruz qalan şəxslərə birbaşa yardım göstərməyə davam edir.

Son xəbərlər

Orphus sistemi