Blinken: "Uzunmüddətli razılıq üçün Ermənistan və Azərbaycanın birgə fəaliyyətini dəstəkləyirik"
Blinken: "Uzunmüddətli razılıq üçün Ermənistan və Azərbaycanın birgə fəaliyyətini dəstəkləyirik"Biz uzunmüddətli və layiqli razılığın əldə olunması üçün Ermənistan və Azərbaycanın birgə fəaliyyətini dəstəkləyirik.
"Biz uzunmüddətli və layiqli razılığın əldə olunması üçün Azərbaycan və Ermənistanın birgə fəaliyyətini dəstəkləyirik".
"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken tviterdə yazıb.
"Bu həftə Xarici İşlər üzrə Milli Təlim Mərkəzində xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla sülh danışıqları aparırıq. Dialoq davamlı sülhün açarıdır", - Blinken qeyd edib.
Qeyd edək ki, iyunun 27-də ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib. Daha sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə görüşüb.
Danışıqlar iyunun 29-dək davam edəcək.
Hosting peace talks this week with Foreign Ministers @AraratMirzoyan and @Bayramov_Jeyhun at the National Foreign Affairs Training Center. We support Armenia and Azerbaijan working together toward a durable and dignified agreement. Dialogue is key to lasting peace. pic.twitter.com/zkOvYbRXK2
— Secretary Antony Blinken (@SecBlinken) June 27, 2023