Bişkek meri Bakıya dəvət olunub

Bişkek meri Bakıya dəvət olunub Səfir Hidayət Orucov Albek İbraimov ilə görüşüb
Xarici siyasət
22 Aprel , 2016 09:30
Bişkek meri Bakıya dəvət olunub

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın Qırğızsıtandakı səfiri Hidayət Orucov və Bişkek şəhərinin meri Albek İbraimov arasında görüş keçirilib.

Azərbaycanın Qırğızıstandakı səfirlikdən "Report"a verilən məlumata görə, görüşün əvvəlində səfir Albek İbraimovu Bişkek şəhərinin meri seçilməsi ilə bağlı təbrik edib.

Mer təşəkkür edərək Azərbaycanı çox sevdiyini, uzun müddət orada yaşadığını və səbirsizliklə günü-gündən çiçəklənən Bakı şəhərini yenidən görmək istədiyini bildirib.

Hidayət Orucov öz növbəsində Bişkek şəhərinin meri Albek İbraimovu Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edib.

Səfir qeyd edib ki, qardaş ölkələr olan Qırğızstanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi və dərinləşməsi istiqamətində son vaxtlarda çox irəliləyişlər nəzərə çarpsa da hələ mövcud potensialımızdan kifayət qədər istifadə etmirik, ancaq Bakı ilə Bişkek arasında birbaşa işbirliyi əlaqələri də gücləndirilə bilər.

Sonra hər iki tərəf iki paytaxtın əməkdaşlığının genişləndirilməsi üçün danışıqların davam etməsini vacib olduğunu bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi