Yuxarı
    Bağlamaq

    Britaniya baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək

    Baronessa Emma Nikolson Bakıda keçiriləcək 23-cü Beynəlxalq Caspian Oil&Gas 2016 sərgi və konfransda iştirak edəcək

    Bakı. 27 may. REPORT.AZ/ Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson mayın 31-də Azərbaycana gələcək.

    Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, baronessa Emma Nikolson gələn həftə Bakıda keçiriləcək Beynəlxalq "Caspian Oil&Gas 2016" sərgi və konfransda iştirak edəcək.

    Səfərin məqsədi ölkə hökuməti ilə münasibətlərin, eləcə də Azərbaycan-Britaniya arasında həm neft və qaz sahəsində, həm də digər sahələrdə ticarət əməkdaşlığının möhkəmləndirilməsidir. 

    Səfər iyunun 6-da başa çatacaq. 

    Qeyd edək ki,  23-cü Beynəlxalq "Caspian Oil&Gas 2016" sərgi və konfransı iyunun 1-4-də Bakıda keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi