Bakı. 22 dekabr. REPORT.AZ/ BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrell Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq diləyirəm.
Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət, rifah arzu edirəm.
Bizim işimizi və səylərimizi yüksək qiymətləndirdiyinizə görə Sizə çox minnətdaram. Bu yaxınlarda məni ali dövlət ordeni ilə təltif etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm.
bp şirkəti olaraq, biz Azərbaycana böyük önəm veririk və buradakı fəaliyyətimizlə çox qürur duyuruq. Bu illər ərzində biz regionda əhəmiyyətli layihələr həyata keçirmişik. Layihələrimizə və əməliyyatlarımıza verdiyiniz əvəzsiz dəstəyə görə Sizə şəxsən təşəkkür etmək istəyirəm. Biz Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirir, bu məhsuldar və etibarlı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvarıq.
Bir daha vurğulamaq istəyirik ki, bp şirkəti Azərbaycan hökuməti qarşısında götürdüyü öhdəliklərə sadiqdir və həmin öhdəlikləri yerinə yetirmək üçün səylərini əsirgəməyəcək".
Bundan əlavə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizi təbrik edən çoxsaylı dostlarınız və xeyirxahlarınıza qoşularaq ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirik.
Fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz möhkəm dəstəyə və Mərkəzin İdarə Heyətinin üzvlərinə bəslədiyiniz səmimi münasibətə görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.
Biz qəti əminik ki, Sizin rəhbərliyiniz və davamlı dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha böyük uğurlar qazanacaq.
Ən xoş arzularla,
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti
İsmail Seragəldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
Misirin İsgəndəriyyə kitabxanasının direktoru
İdarə Heyətinin üzvləri
Tarya Halonen
2000-2012-ci illərdə Finlandiyanın Prezidenti
Peter Stoyanov
1997-2002-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti
Boris Tadiç
2004-2012-ci illərdə Serbiyanın Prezidenti
Stepan Mesiç
2000-2010-cu illərdə Xorvatiyanın Prezidenti
Valter Füst
səfir, “Globalethics.net” portalının prezidenti
Marianna V.Vardinoyannis
UNESCO-nun xoşməramlı səfiri
Emil Konstantinesku
1996-2000-ci illərdə Rumıniyanın Prezidenti
Oskar Ribas Reyqi
1982-1984, 1990-1994-cü illərdə Andorranın Baş naziri
Viktor Yuşşenko
2005-2010-cu illərdə Ukraynanın Prezidenti
Fəridə Allaghi
Liviyanın Avropa İttifaqındakı səfiri
Əhməd Nasim Şah
Kəşmir Universitetinin İslam Tədqiqatları İnstitutunun direktoru
Giuli Alasaniya
Gürcüstan Universitetinin İdarə Heyətinin sədri
Petru Luçinski
1997-2001-ci illərdə Moldovanın Prezidenti".
“LUKoyl” ASC-nin prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə Sizi “LUKoyl” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Siz Azərbaycan Respublikasının ali dövləti vəzifəsində fəaliyyətinizdə özünüzü qeyri-ordinar, parlaq şəxsiyyət, prinsipial və ardıcıl siyasi xadim, dövlətin lideri kimi göstərmisiniz. Siz haqlı olaraq öz həmvətənləriniz arasında və xaricdə hörmət və nüfuz qazanmısınız.
Bu gün Sizin rəhbərliyinizlə ölkənin iqtisadi potensialı fəal şəkildə artır, siyasi və sosial təsisatlar təkmilləşdirilir. Azərbaycanda həyata keçirilən konstruktiv xarici siyasət regionda sabitliyin təmin edilməsinə, beynəlxalq ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb edilməsinə şərait yaradır.
Fürsətdən istifadə edib, “LUKoyl” ASC-nin Azərbaycanda fəaliyyətini dəstəklədiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirmək və Sizi əmin etmək istərdim ki, biz azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığı bundan sonra da fəal inkişaf etdirmək niyyətindəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni böyük uğurlar diləyirəm".