Binəli Yıldırım: "Qafqaz regionunun təhlükəsizliyi üçün Gürcüstan, Azərbaycan və Türkiyə birgə addımlar atır"

Binəli Yıldırım: "Qafqaz regionunun təhlükəsizliyi üçün Gürcüstan, Azərbaycan və Türkiyə birgə addımlar atır" Bakı. 15 mart. REPORT.AZ/ “Qarabağda yaşananlar bizim məsələlər deyildir” deyə bilmərik. Haqsızlığa səssiz qalmaq olmaz”.
Xarici siyasət
15 Mart , 2018 12:36
Binəli Yıldırım: Qafqaz regionunun təhlükəsizliyi üçün Gürcüstan, Azərbaycan və Türkiyə birgə addımlar atır
Türkiyənin baş naziri Binəli Yıldırım / REUTERS/Umit Bektas

Bakı. 15 mart. REPORT.AZ/ “Qarabağda yaşananlar bizim məsələlər deyildir” deyə bilmərik. Haqsızlığa səssiz qalmaq olmaz”.

“Report”un xəbərinə görə, bunu VI Qlobal Bakı Forumu çərçivəsində “Güc anlayışı: böyük güclər və digərləri” mövzusunda keçirilən panel iclasında Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib ki, dünyada silahlı münaqişələr, toqquşmalar problemə çevrilib: “İnsanı yaşat ki, dövlət yaşasın” anlayışı var. Bu dünyada hər şey insan üçündür. Belə olan halda sülh olar. Türkiyə bu istiqamətdə bütün addımları atır. Suriyada insanlıq faciəsi 7 ildir davam edir. Bölgədə problemi həll etmək lazımdır, təəssüflər olsun ki, bunun əksinə olaraq rəqabət gedir”.

B.Yıldırım qeyd edib ki, Qafqaz regionunun təhlükəsizliyi üçün Gürcüstan, Azərbaycan və Türkiyə birgə addımlar atır: “Regionda bir sıra beynəlxalq layihələr həyata keçirilir. Türkiyə qonşuları ilə mehriban qonşuluq siyasətinə üstünlük verir. Biz sülhün tərəfdarıyıq. Türkiyə NATO-nun, Avropanın sərhədlərinin təhlükəsizliyi üçün böyük fədakarlıqlar göstərir”.

Son xəbərlər

Orphus sistemi