Azərbaycanın Biləsuvar rayonu ilə Türkiyənin Dənizli şəhərinin Çameli rayonu arasında qardaşlıq memorandumu imzalanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı Biləsuvar rayonunda mərasim keçirilib.
Həmçinin Çamelidə yerləşən Atatürk məktəbi ilə Biləsuvar rayonu Əliabad kənd tam orta məktəbi arasında qardaşlaşmış məktəblər haqqında sənəd imzalanıb.
Sənədlərin imzalanması ilə əlaqədar Türkiyə nümayəndə heyətinin bu gün Biləsuvar rayonuna rəsmi-işgüzar səfər edib.
Eyni zamanda səfər çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi, ev muzeyi və abidəsi ziyarət olunub və Əliabad kənd məktəbində rəsmi görüş çərçivəsində qardaşlaşma protokolu imzalanıb.
Səfər çərçivəsində həmçinin Heydər Əliyev adına Mərkəzi Parkda simvolik “Dostluq ağacı”nı əkilib.