Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanılıb

Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanılıb Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 
Xarici siyasət
20 Avqust , 2020 09:32
Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanılıb
0 : 00
0 : 00

Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakinləri G.HəsənovaR.Yəhyayev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan 3 ədəd bağlamada ümumi çəkisi 1 kiloqram 847 qram narkotik vasitə heroin və bir bağlamada 67 qram psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi