"Beynəlxalq ictimaiyyət Azərbaycanın təşəbbüsünü və mübarizəsini dəstəkləyir"

"Beynəlxalq ictimaiyyət Azərbaycanın təşəbbüsünü və mübarizəsini dəstəkləyir" “Azərbaycanın koronavirus pandemiyası ilə apardığı mübarizə bir daha onu göstərdi ki, ölkəmiz bu istiqamətdə qlobal səviyyədə liderliyini davam etdirir.
Xarici siyasət
20 Noyabr , 2021 17:22
Beynəlxalq ictimaiyyət Azərbaycanın təşəbbüsünü və mübarizəsini dəstəkləyir

“Azərbaycanın koronavirus pandemiyası ilə apardığı mübarizə bir daha onu göstərdi ki, ölkəmiz bu istiqamətdə qlobal səviyyədə liderliyini davam etdirir. Çünki Azərbaycan bəzi ölkələr kimi pandemiya ilə mübarizədə yaxasını kənara çəkmədi, əksinə, bütün müstəvilərdə xəstəliklə mübarizə zəminində hətta dünyaya da öz töhfəsini verdi. Pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu”.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, pandemiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bir sıra qlobal təşəbbüslərlə çıxış edib: "Bu sırada dövlət başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin mayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabrında 150-dən çox ölkənin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. Bununla yanaşı, xatırlayırsınızsa, koronavirusa qarşı vaksinlərin yeni istifadəyə buraxıldığı dövrdə bəzi ölkələr “peyvənd millətçiliyi” edərək onların bölünməsində qeyri-bərabərliyə üstünlük verirdilər. Əlbəttə, dünyada qlobal gücə çevrilən Azərbaycan rəhbərinin diqqətindən bu məqam yayına bilməzdi. Nəticədə Prezidentin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə 2021-ci ilin martında yekdilliklə qəbul olunub".

V.İsgəndərov deyib ki, beynəlxalq ictimaiyyət Azərbaycan rəhbərliyinin bu istiqamətdə təşəbbüsünü və mübarizəsini dəstəkləyir: "Çünki Azərbaycan pandemiya dövründə bütün dünyanın bu xəstəliklə mübarizə apardığı zaman 30-a yaxın ölkəyə maddi yardım edərək dünyaya bir mesaj vermişdi ki, bu xəstəliklə təkbaşına yox, birlikdə mübarizə apararaq qalib gəlmək mümkündür. Çox müsbət haldır ki, Azərbaycanın irəli sürdüyü qətnamə layihəsi noyabrın 18-də BMT Baş Assambleyanın 3-cü komitəsində (insan hüquqları və humanitar) müzakirə edilib və səsvermə ilə qəbul edilib. Əlbəttə bütün bunlar bir daha göstərir ki, Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi çox yüksək səviyyədə, uğurla keçir".

Son xəbərlər

Orphus sistemi