Berlində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Berlində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub Azərbaycanın Almaniyadakı səfirliyi Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli bayram tədbiri təşkil edib.
Xarici siyasət
27 Dekabr , 2023 09:37
Berlində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Azərbaycanın Almaniyadakı səfirliyi Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli bayram tədbiri təşkil edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan, türk və digər dost ölkə icmaların üzvləri, habelə alman ictimaiyyətinin nümayəndələri, ümumilikdə 400-ə yaxın qonaq iştirak edib.

Tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Bildirib ki, 2023-cü il Azərbaycan xalqının çoxminillik tarixinin ən şanlı illərindən olub. Belə ki, məhz bu il Azərbaycan öz ərazisində mövcud olan, Azərbaycan xalqına saysız faciələr yaşadan 35 illik silahlı separatizmə son qoyaraq, öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Beləliklə, Azərbaycan İkinci Dünya müharibəsindən sonra öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş nadir dünya ölkələrdəndir.

N.Ağayev deyib ki, öz xalqının birliyinə və yüksək etimadına söykənən, hərtərəfli düşünülmüş strategiya və siyasət yürüdən, nəyi nə vaxt və necə etməyi çox yaxşı bilən müdrik bir dövlət başçısı kimi Ali Baş Komandan, Prezident İlham Əliyev bu şanlı qələbə ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış oldu.

Səfir vurğulayıb ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası Ulu Öndər Heydər Əliyevin ən ümdə arzusu olub və xoşbəxtlikdən bu arzu məhz onun 100 illiyinin qeyd olunduğu bir ildə reallaşıb.

Tədbirdə Almaniyadakı Azərbaycan diasporunun bu il müvafiq olaraq 85 və 80 illik yubileyləri qeyd olunan tanınmış simaları, görkəmli incəsənət xadimləri İbrahim Əhrari və Məsud Pənahi Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən hazırlanmış təbrik şəhadətnamələri ilə təltif edilib.

Tədbir çərçivəsində Azərbaycanın əməkdar artisti, müğənni və kanon ifaçısı Rəşad İlyasov öz musiqi kollektivi ilə birgə musiqili-əyləncəli proqram ilə çıxış edib.

Tədbir çərçivəsində həmçinin ziyafət verilib.

Son xəbərlər

Orphus sistemi