Yuxarı

Belqradda ATƏT Nazirlər Şurasının 22-ci iclası başlayıb

İclasda bütün ATƏT regionu üzrə 40-a yaxın xarici işlər naziri və bir neçə yüksək vəzifəli diplomat iştirak edir

Bakı. 3 dekabr. REPORT.AZ/ Serbiya paytaxtı Belqradda ATƏT Nazirlər Şurasının 22-ci iclası başlayıb. "Report" xəbər verir ki, illik keçirilən iclasda bütün ATƏT regionu üzrə 40-a yaxın xarici işlər naziri və bir neçə yüksək vəzifəli diplomat iştirak edir.

Görüş Serbiya baş naziri Aleksandr Vuçiç və ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçin çıxışları ilə açıq elan olunub.

ATƏT-in fəaliyyətdə olan sədri, bu il ATƏT-ə sədrlik edən Serbiyanın baş nazirin birinci müavini və  xarici işlər naziri İvitsa Daçiçin dəvəti ilə keçirilən görüş zamanı nazirlər təşkilatın il ərzindəki fəaliyyətini qiymətləndirəcək və təhlükəsizlik məsələləri üzrə milli baxışları ortaya qoyacaqlar.

Xarici işlər nazirləri Ukraynada və onun ətrafındakı böhran, ATƏT daxilində və region xaricində miqrasiya, terrorizm və bir sıra ümumi problemləri, eləcə də Avropa təhlükəsizliyi məsələləri üzrə konsensusu bərpa etməyin yollarını müzakirə edəcək.

Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Dekabrın 4-də başa çatacaq iclasın yekununda ATƏT-ə sədrlik bir illik müddətə Almaniyaya keçəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi