Belçikanın Azərbaycandakı səfirliyinin qarşısındakı dövlət bayrağı yarıya qədər endirilib

Belçikanın Azərbaycandakı səfirliyinin qarşısındakı dövlət bayrağı yarıya qədər endirilib Terror hücumları nəticəsində Brüsseldə 34 nəfər həlak olub, 250-yə yaxın insan yaralanıb
Xarici siyasət
23 Mart , 2016 10:19
Belçikanın Azərbaycandakı səfirliyinin qarşısındakı dövlət bayrağı yarıya qədər endirilib

Bakı. 23 mart. REPORT.AZ/ Brüssel şəhərində törədilən terror aktıyla əlaqədar olaraq, Belçikanın Azərbaycandakı səfirliyinin binası qarşısındakı dövlət bayrağı yarıya qədər endirilib.

Bu barədə "Report"a Belçikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, martın 22-də Brüssel beynəlxalq hava limanında və metronun "Maalbek" stansiyasında törədilən partlayışlar nəticəsində 34 nəfər həlak olub, 250-yə yaxın insan yaralanıb. Bununla əlaqədar olaraq, Belçikada üçgünlük matəm elan olunub.

Terror aktlarına görə məsuliyyəti "İslam dövləti" (İŞİD) terror qruplaşması öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi