Yuxarı

Belçikanın Azərbaycandakı səfirliyində Brüsseldəki terror aktlarıyla əlaqədar xatirə kitabı açılıb

Eyni zamanda, səfirliyin yerləşdiyi binanın qarşısında terror aktının qurbanlarının xatirəsinə şamlar yandırılıb

Bakı. 23 mart. REPORT.AZ/ Belçikanın Azərbaycandakı səfirliyində martın 22-də Brüsseldə baş verən terror aktlarıyla əlaqədar xatirə kitabı açılıb.

Belçikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, xatirə kitabı bu gün axşam saat 17:00-a kimi səfirliyin binasında (Nizami küç., 63, İSR Plaza, 6-cı mərtəbə) açıq olacaq.

Eyni zamanda, səfirliyin yerləşdiyi binanın qarşısında terror aktı qurbanlarının xatirəsinə şamlar yandırılıb.

Xatırladaq ki, ötən gün Brüsseldə hava limanında və metroda törədilən terror aktları nəticəsində 33 nəfər həlak olub, 250-yə yaxın insan xəsarət alıb. Ölkədə üçgünlük matəm elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi