Belçikalıların Kralı Azərbaycan Prezidentini təbrik edib

Belçikalıların Kralı Azərbaycan Prezidentini təbrik edib Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Xarici siyasət
27 May , 2021 12:10
Belçikalıların Kralı Azərbaycan Prezidentini təbrik edib

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Zati-alinizə və xalqınıza rifah, firavanlıq arzulayır, tezliklə pandemiyanın sona çatacağını görəcəyimizi ümid edirəm".

Son xəbərlər

Orphus sistemi