Yuxarı

​Belarusun Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Azərbaycanda yaşayan Belarus vətəndaşları prezident seçkilərində səs verə biləcəklər

Bakı. 16 sentyabr. REPORT.AZ/ Belarusun Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermənin keçirilməsi üçün hazırlıq işləri davam edir.

Bu barədə "Report"a Belarusun Azərbaycandakı səfirliyindən bildirilib.

Belarusda keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkənin Azərbaycandakı diplomatik missiyasında seçki günü - oktyabrın 11-də səhər saat 8.00-dan 20.00-dək seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səfirlikdən bildiriblər ki, Azərbaycanda daimi yaşayan və həmçinin burada müvəqqəti olan bütün Belarus vətəndaşları səsvermə hüququna malikdirlər.

Həmçinin o da qeyd edilib ki, oktyabrın 11-də səsvermədə iştirak edə bilməyəcək Belarus vətəndaşları oktyabrın 6-dan 10-dək saat 10.00-dan 14.00-dək və 16.00-dan 19-dək vaxtından əvvəl səs verə bilərlər.

Qeyd edək ki, Belarusun Azərbaycandakı səfirliyi Nəcəfqulu Rəfiyev küçəsi 8 ünvanında yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi