​Belarus prezidenti: "Biz Avrasiya İqtisadi İttifaqında Azərbaycanın maraqlarının təmin olunmasına kömək etməyə hazırıq"

​Belarus prezidenti: "Biz Avrasiya İqtisadi İttifaqında Azərbaycanın maraqlarının təmin olunmasına kömək etməyə hazırıq" "Azərbaycan Belarusun etibarlı dostu və tərəfdaşı olub, indi də belədir"
Xarici siyasət
28 Noyabr , 2015 23:08
​Belarus prezidenti: Biz Avrasiya İqtisadi İttifaqında Azərbaycanın maraqlarının təmin olunmasına kömək etməyə hazırıq

Bakı. 28 noyabr. REPORT.AZ/ Belarus Avrasiya İqtisadi İttifaqında Azərbaycanın maraqlarının təmin olunmasına kömək etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycan prezidenti İlham Əliyev ilə keçirilən geniş tərkibli görüşdə deyib.

"Hörmətli İlham Heydər oğlu, bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Belarusun etibarlı dostu və tərəfdaşı olub, indi də belədir. Biz dostluğumuzu yüksək qiymətləndiririk. Əgər bu, sizin xeyrinizə olarsa, biz Avrasiya İqtisadi İttifaqında sizin maraqlarınızın təmin olunmasına eyni dərəcədə səmimi və açıq kömək etməyə hazırıq", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi