Bəkir Şahin Gəncədə şəhid müstəntiqin büstünü ziyarət edib

Bəkir Şahin Gəncədə şəhid müstəntiqin büstünü ziyarət edib Gəncə şəhərində səfərdə olan Türkiyənin Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahin şəhid müstəntiqin büstünü ziyarət edib
Xarici siyasət
2 İyun , 2021 11:46
Bəkir Şahin Gəncədə şəhid müstəntiqin büstünü ziyarət edib

Gəncədə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin, Azərbaycanın Baş prokuroru Kamran Əliyev və digər rəsmi şəxslər Vətən müharibəsində şəhid olan müstəntiq Yüksəl Əlizadənin büstünü ziyarət ediblər.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, nümayəndə heyəti Gəncə şəhər prokurorluğun müstəntiqi Yüksəl Əlizadənin prokurorluğun binasının girişində ucaldılan büstünü ziyarət ediblər, şəhidin ruhuna dualar oxunub.

B.Şahin şəhidin xatirə dəftərinə ürək sözlərini yazıb.

Nümayəndə heyəti Gəncə şəhər prokurorluğunun inzibati binasında yaradılan şəraitlə də tanış olub.

Qeyd edək ki, hazırsa iki ölkənin baş prokurorları arasında görüş keçirilir.

Son xəbərlər

Orphus sistemi