Bəhreynin kralı Azərbaycan liderinə təbrik məktubu göndərib

Bəhreynin kralı Azərbaycan liderinə təbrik məktubu göndərib Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Xarici siyasət
18 Oktyabr , 2023 16:57
Bəhreynin kralı Azərbaycan liderinə təbrik məktubu göndərib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə öz adımdan və Bəhreyn Krallığının xalqı adından Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".

Son xəbərlər

Orphus sistemi