Bəhreyn Azərbaycanın Asiya Parlament Assambleyasına sədrliyini yüksək qiymətləndirir

Bəhreyn Azərbaycanın Asiya Parlament Assambleyasına sədrliyini yüksək qiymətləndirir Bəhreyn Azərbaycanın Asiya Parlament Assambleyasına (APA) sədrliyini yüksək qiymətləndirir.
Xarici siyasət
22 Fevral , 2024 11:26
Bəhreyn Azərbaycanın Asiya Parlament Assambleyasına sədrliyini yüksək qiymətləndirir

Bəhreyn Azərbaycanın Asiya Parlament Assambleyasına (APA) sədrliyini yüksək qiymətləndirir.

“Report” xəbər verir ki, bunu Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

O, Azərbaycana növbəti iki ildə APA-nın sədri kimi fəaliyyətində uğurlar arzulayıb:

“Bugünkü sessiyanın mövzusu qlobal səviyyədə çox mühüm əhəmiyyət kəsb edir. Bəhreyn hər zaman dayanıqlı inkişafın əsas prinsiplərinə sadiqdir və regional qarşılıqlı fəaliyyət vasitəsilə əməkdaşlığı gücləndirməyə hazırdır”.

Qeyd edək ki, bu gün Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

Xatırladaq ki, 2023-cü ilin noyabrında APA-nın İcraedici Şurasının iclası Türkiyənin Antalya şəhərində keçirilib. Tədbirdə Azərbaycan APA-nın 2024-2025-ci illər üzrə sədri seçilib.

Son xəbərlər

Orphus sistemi