BƏƏ-nin inkişaf naziri: Azərbaycanın inkişaf modeli dünya ölkələrini ruhlandırır

BƏƏ-nin inkişaf naziri: Azərbaycanın inkişaf modeli dünya ölkələrini ruhlandırır Azərbaycanın uğurlu və qabaqcıl inkişaf modeli həqiqətən də dünyanın digər ölkələrinə ilham verir.
Xarici siyasət
11 İyun , 2024 10:53
BƏƏ-nin inkişaf naziri: Azərbaycanın inkişaf modeli dünya ölkələrini ruhlandırır

Azərbaycanın uğurlu və qabaqcıl inkişaf modeli həqiqətən də dünyanın digər ölkələrinə ilham verir.

"Report" xəbər verir ki, bunu BƏƏ-nin İnkişaf və gələcək hökumət məsələləri üzrə dövlət naziri Ohud Bint Xəlfan Əl Rumi Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.

“BƏƏ və Azərbaycan arasında hər zamankından daha güclü olan möhkəm münasibətlərin dərinliyini qeyd etmək istərdim”, - o bildirib.

Onun sözlərinə görə, buna BƏƏ Prezidentinin 2024-cü ilin yanvarında Azərbaycana səfəri də sübutdur: “Bu səfər iki ölkə arasında bir çox mühüm sazişlərin imzalanması ilə əlamətdar oldu. Bugünkü forum təcrübə mübadiləsi üzrə dövlət proqramına dair imzalanmış saziş çərçivəsində keçirilir”.

Son xəbərlər

Orphus sistemi