Bakı. 4 dekabr. REPORT.AZ/ İsveçrənin Bazel şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) 21-ci iclası başlayıb. "Report" xəbər verir ki, iclas ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə XİN rəhbəri Didye Burkxalterin sədrliyi ilə keçirilir.
İclasda ATƏT ölkələri, tərəfdaş ölkələr və beynəlxalq təşkilatlardan 70-dən artıq nümayəndə heyəti iştirak edir. İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.
Nazirlər iclasın ilk günü Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. İkinci gün isə beynəlxalq terrorizmlə mübarizəyə həsr olunacaq.
ATƏT XİNŞ-in iclası hər il dekabr ayında keçirilir. Şurada təşkilatın ərazisində ən aktual məsələlər müzakirə olunur.
Yanvar ayının 1-dən təşkilata sədrlik İsveçrədən Serbiyaya keçəcək.





