Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib Bakı. 27 noyabr. REPORT.AZ/ Fransanın Strasburq şəhərində Avropa Şurası Avropa Prokurorlarının Məşvərətçi Şurasının (APMŞ) 12-ci plenar iclası keçirilib.
Xarici siyasət
27 Noyabr , 2017 17:09
Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Fransanın Strasburq şəhərində Avropa Şurası Avropa Prokurorlarının Məşvərətçi Şurasının (APMŞ) 12-ci plenar iclası keçirilib.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, plenar iclasda ötən bir il ərzində müxtəlif beynəlxalq tədbirlərdə Şuranın fəaliyyətinin işıqlandırılmasına nəzər yetirilmiş və təşkilatın sayca 12-ci rəyi müzakirə olunaraq qəbul edilib. 

“Cinayət prosesində qurbanların və şahidlərin hüquqları ilə bağlı prokurorların rolu” adlanan sənəddə qurban və şahidlərin hüquqları və müdafiə mexanizmləri, prokurorların həmin şəxslərin hüquqlarının qorunmasında rolu, xüsusilə həssas qrup qurbanların (terrorizm, insan alveri, məişət zorakılığı, cinsi istismar) müdafiəsi və reabilitasiyası və bu sahədə beynəlxalq əməkdaşlıq məsələləri öz əksini tapıb.

Tədbirdə Azərbaycan Prokurorluğunu təmsil edən Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov çıxış edərək ölkəmizdə sözügedən sahələrdə qəbul edilmiş qanunvericilik və normativ aktlar, milli fəaliyyət planları, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verib.

Sənədin müzakirəsi zamanı ümumi rəy üzrə müvafiq müddəaların qəbul olunmasında ölkəmizin müsbət təcrübəsi nəzərə alınıb.

İclasın sonunda keçirilmiş səsvermə nəticəsində Piter MakKormik (İrlandiya) növbəti 1 il müddətinə yenidən APMŞ-nin prezidenti, Xose Manuel Santos Pais (Portuqaliya) isə vitse-prezidenti seçiliblər. 

Son xəbərlər

Orphus sistemi