Azərbaycan və Rusiya baş prokurorluqları arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Rusiya baş prokurorluqları arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq müzakirə edilib BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyəli plenar iclasında iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gələn Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnovun rəhbərlik etdiy
Xarici siyasət
16 Noyabr , 2024 11:03
Azərbaycan və Rusiya baş prokurorluqları arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq müzakirə edilib

Baş prokuror Kamran Əliyev Rusiyanın Baş prokuroru İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyəli plenar iclasında iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gələn Rusiyanın Baş Prokuroru İqor Krasnov ilə olan görüşdə ölkələr arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib.

Kamran Əliyev bildirib ki, iki ölkə arasında hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası, korrupsiyaya qarşı mübarizə, ekoloji hüquqpozmalar, elm-tədris və təcrübə mübadiləsi və sair məsələlər üzrə qarşılıqlı razılaşmaların olması əlaqələri daha da gücləndirib.

Prezidenti İlham Əliyevin rəhbərliyi altında COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən bəhs edən Kamran Əliyev qeyd edib ki, iki ölkə hər zaman qlobal və regional problemlərə qarşı müştərək müdafiə immunitetinin formalaşdırılmasında həlledici rol oynayır.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən İqor Krasnov, Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyini etdiyini vurğulayaraq, COP29-un Azərbaycanın sədrliyi ilə keçirilməsinin ölkəyə olan etimadın təzahürü olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi