Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Belarus nümayəndə heyətlərinin görüşü olub.
"Report"un Rusiya bürosunun məlumatına görə, görüş sentyabrın 24-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 91-ci iclası çərçivəsində baş tutub.
Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus Baş nazirinin müavini İqor Petrişenko arasında ikitərəfli görüş keçirilib.
Tərəflər Azərbaycan ilə Belarus arasında iqtisadi sahədə əlaqələr, MDB çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.



