Bakı. 11 yanvar. REPORT.AZ/ "Yaponiya Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir".
"Report" Azərbaycanın Yaponiyadakı səfirliyinə istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Sindzo Abe xarici ölkələrin yapon dilində danışan səfirləri ilə şam yeməyində deyib.
Görüşdə, həmçinin Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iştirak edib.
Baş nazir Azərbaycanla iqtisadiyyat sahəsində əlaqələrin intensivləşdirilməsinin, eləcə də iki ölkə regionları arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

