Baş nazirin müavini: Azərbaycan Türkiyənin FETÖ ilə bağlı problemin çözülməsi istiqamətində atdığı addımları dəstəkləyir

Baş nazirin müavini: Azərbaycan Türkiyənin FETÖ ilə bağlı problemin çözülməsi istiqamətində atdığı addımları dəstəkləyir "İstənilən məsələyə təmkinlə və səbrlə yanaşmaq lazımdır"
Xarici siyasət
27 Oktyabr , 2016 21:22
Baş nazirin müavini: Azərbaycan Türkiyənin FETÖ ilə bağlı problemin çözülməsi istiqamətində atdığı addımları dəstəkləyir

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Azərbaycan FETÖ ilə bağlı mövzunun həssaslığını nəzərə alaraq, Türkiyənin həmin problemin çözülməsi istiqamətində atdığı addımları dəstəkləyir və yanında olduğunu bəyan edir".

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov deyib.

Onun fikrincə, istənilən məsələyə təmkinlə və səbrlə yanaşmaq lazımdır: “Başa düşürəm ki, bu problem Türkiyə üçün həssasdır və bunun üçün də əsasları var. Hər hansı bir günahı olanı varsa, bu araşdırılmalıdır. Kampaniya aparıb, günahı olmayanı da bu işə qatmaq, ədalət baxımından düz olmazdı”.