Baş nazir: "Gürcüstan və Azərbaycanı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri birləşdirir"

Baş nazir: "Gürcüstan və Azərbaycanı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri birləşdirir" "Gürcüstanı və Azərbaycan Respublikasını nümunəvi dostluq, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri birləşdirir. Bu dövr ərzində ölkələrimiz bir çox mühüm sahələrdə sıx əməkdaşlığı dərinləşdiriblər. Şadam ki, möhkəm təməl üzərində qurulan,
Xarici siyasət
18 Noyabr , 2022 11:38
Baş nazir: Gürcüstan və Azərbaycanı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri birləşdirir
İrakli Qaribaşvili

"Gürcüstanı və Azərbaycan Respublikasını nümunəvi dostluq, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri birləşdirir. Bu dövr ərzində ölkələrimiz bir çox mühüm sahələrdə sıx əməkdaşlığı dərinləşdiriblər. Şadam ki, möhkəm təməl üzərində qurulan, xalqlar və hökumətlər arasında mövcud əlaqələr bu gün də uğurla və yeni şövqlə inkişaf edir".

"Report"un xəbərinə görə, bu fikirlər Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda yer alıb.

"Şübhəsiz ki, ümumi məqsədlərimizə, qarşılıqlı dəstəyə və maraqlarımıza əsaslanan nümunəvi strateji əməkdaşlığımızın daha da dərinləşməsi üçün biz öz səylərimizi əsirgəməyəcəyik. Bu məqsədimiz Sizin Gürcüstana səfəriniz zamanı bir daha təsdiq olundu.

Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud yüksək səviyyəli münasibətlər və əməkdaşlıq davam edəcək, strateji tərəfdaşlığımız ikitərəfli və regional səviyyədə birgə təşəbbüslərimizin icra edilməsində mühüm rol oynayacaq", - məktubda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi