Yuxarı
    Bağlamaq

    ​Baş nazir: “Gürcüstan və Azərbaycan arasında formalaşan strateji tərəfdaşlıq bizim üçün olduqca dəyərlidir”

    “Gürcüstan gələcəkdə də Azərbaycanla sıx əlaqələrin dərinləşməsini və möhkəmlənməsini fəal şəkildə davam etdirəcək”

    Bakı. 29 may. REPORT.AZ/ Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibətilə təbrik edib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

    “İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edim və ölkənizin gələcək inkişafı naminə Sizə müvəffəqiyyətlər arzulayım.

    Azərbaycanın sürətli inkişafını, güclənməsini və dövlət quruculuğu işində əldə etdiyi nailiyyətləri məmnuniyyət hissi ilə müşahidə edirik. Cari il də Azərbaycan üçün seçilən illərdən biridir – Azərbaycan yaxın vaxtlarda irimiqyaslı beynəlxalq tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi edəcəkdir.

    Gürcüstan və Azərbaycan arasında formalaşan strateji tərəfdaşlıq bizim üçün olduqca dəyərlidir. Qlobal əhəmiyyətli energetika və nəqliyyat layihələrinin reallaşması prosesində bizim uğurlu müştərək səylərimizi xüsusilə vurğulamaq istərdim.

    Sizi əmin etmək istərdim ki, Gürcüstan gələcəkdə də Azərbaycanla sıx əlaqələrin dərinləşməsini və möhkəmlənməsini fəal şəkildə davam etdirəcək.

    Zati-aliləri, bu əlamətdar gündə, Sizə bir daha öz səmimi təbriklərimi çatdırır və qardaş Azərbaycan xalqına uğurlar diləyirəm”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi