Baş nazir: “Hazırda Britaniya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir”

Baş nazir: “Hazırda Britaniya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir” “Birləşmiş Krallıqla Azərbaycan arasındakı münasibətlər hazırda ən yüksək səviyyədədir”.
Xarici siyasət
4 Noyabr , 2021 10:58
Baş nazir: “Hazırda Britaniya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir”
Boris Conson

“Hazırda Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir”.

“Report”un xəbərinə görə, bu fikirlər Böyük Britaniyanın Baş naziri Boris Consonun Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb.

“Biz növbəti ildə Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edəcəyik. Böyük Britaniya Azərbaycanın dünyada artan rolunu alqışlayır. Cənab Prezident İlham Əliyev, Siz Qoşulmama Hərəkatının sədri kimi, narkotik dövriyyəsinə qarşı mübarizəyə töhfə vermisiniz, Azərbaycan Əfqanıstanda Kabil hava limanının müdafiəsində aktiv rol oynayıb. İki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf etməsini arzulayıram”, - hökumət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi