Baş konsul Əli Əlizadə Qərbi Azərbaycan vilayətinə səfər edib

Baş konsul Əli Əlizadə Qərbi Azərbaycan vilayətinə səfər edib Görüşdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub
Xarici siyasət
11 Mart , 2016 21:53
Baş konsul Əli Əlizadə Qərbi Azərbaycan vilayətinə səfər edib

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Qərbi Azərbaycan vilayətinə səfər edib.

Azərbaycanın Təbrizdəki Baş Konsulluqdan "Report"a verilən məlumata görə, səfər zamanı baş konsul vilayətin valisi Qurbanəli Səadətlə görüşüb.

Görüşdə son dövrlər daha da inkişaf edən Azərbaycan-İran əlaqələrinin, həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərin, imzalanan huquqi sənədlərin yaratdığı geniş imkanlar qeyd olunub. Eyni zamanda Qərbi Azərbaycan vilayətinin Azərbaycanın regionları, xüsusən onunla həmsərhəd olan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə artan münasibətlərinin bu əlaqələrdə özünəməxsus önəmli rolunun olduğu vurğulanıb.

Görüşdə həmçinin Qərbi Azərbaycan vilayəti ilə əməkdaşlığın gələcək perspektivləri haqqında da müzakirələr aparılmış və qarşılıqlı maraq doğuran digər məsələlərə də dair fikir mübadiləsi edilib.

Səfər çərçivəsində Əli Əlizadə Urmiyə şəhərində yerləşən İranın Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycan vilayətindəki nümayəndəliyinə də baş çəkib və nümayəndəliyin rəhbəri ilə də görüşüb.

Son xəbərlər

Orphus sistemi