Baş katib: "Qarabağın bərpasında bütün Türkdilli dövlətlər həvəslə iştirak edəcək"

Baş katib: "Qarabağın bərpasında bütün Türkdilli dövlətlər həvəslə iştirak edəcək" "Martın 31-də Türkdilli dövlətlərin növbəti Zirvə toplantısı oldu. Pandemiyaya görə iclas onlayn formatda keçirildi"
Xarici siyasət
261
2 Aprel , 2021 09:43
Baş katib: Qarabağın bərpasında bütün Türkdilli dövlətlər həvəslə iştirak edəcək
Bağdad Amreyev

"Martın 31-də Türkdilli dövlətlərin növbəti Zirvə toplantısı oldu. Pandemiyaya görə iclas onlayn formatda keçirildi. Qeyd etmək lazımdır ki, budəfəki görüşdə həm də, qardaş Azərbaycanın Qarabağ Zəfərindən dolayı daha da sevincli idik".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev deyib.

O, sammitdə fəal iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib: "Düşünürəm ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəqliyyat-kommunikasiya şəbəkəsi və türkdilli ölkələr arasında əlaqələr daha da genişlənəcək. Mən hətta, işğaldan azad olunmuş Füzuli və Ağdam rayonlarında da olmuşam. Əminəm ki, Qarabağda işğaldan azad edilmiş ərazilərin bərpasında bizim ölkələrimizin bütün şirkətləri, dövlət qurumları həvəslə iştirak edəcəklər. İnanıram ki, yaxın gələcəkdə işğaldan azad olunmuş torpaqlarda da, Şərqdə və Qərbdə olan Türk dövlətləri ilə yüksək səviyyədə əməkdaşlığa nail olacağıq. Biz bu sahədə Prezidenti İlham Əliyevin fəal dəstəyinin şahidi olduq".

Natiq Çıraqzadə

Son xəbərlər

Orphus sistemi