Baş katib: "GUAM və Vışeqrad qrupu ölkələri əməkdaşlığın yeni səviyyəsinə çatmalıdır"

Baş katib: "GUAM və Vışeqrad qrupu ölkələri əməkdaşlığın yeni səviyyəsinə çatmalıdır" "GUAM və Vışeqrad qrupu ölkələri iqtisadiyyatın şaxələndirilməsi, nəqliyyat, turizm, energetika sahələrində əməkdaşlığı inkişaf etdirə bilərlər"
Xarici siyasət
7 Noyabr , 2016 15:57
Baş katib: GUAM və Vışeqrad qrupu ölkələri əməkdaşlığın yeni səviyyəsinə çatmalıdır

Bakı. 7 noyabr. REPORT.AZ/ "GUAM və Vışeqrad qrupu ölkələri (Polşa, Çexiya, Slovakiya, Macarıstan - red.) əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üzərində işləyir".

"Report" xəbər verir ki, bunu GUAM-ın baş katibi Altay Əfəndiyev "GUAM və Vışeqrad qrupu: regional əməkdaşlığın imkanları və məhdudiyyətləri" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

"Xarici işlər nazirləri arasında keçirilən ənənəvi formatımız var. Ötən il Slovakiya paytaxtı Bratislavada GUAM Xarici İşlər Nazirləri Şurası zamanı isə görüşlərin ənənəvi formatından uzaqlaşmaq və Vışeqrad Qrupu ölkələri də daxil olmaqla tərəfdaşlarla tətbiqi, praktiki əməkdaşlığa keçmək barədə qərar qəbul edilib" -  A.Əfəndiyev bildirib.

Onun sözlərinə görə, GUAM və Vışeqrad qrupu ölkələri iqtisadiyyatın şaxələndirilməsi, nəqliyyat, turizm, energetika sahələrində əməkdaşlığı inkişaf etdirə bilərlər.

"Başqa sözlə, GUAM ölkələri Vışeqrad qrupu ölkələrinin islahatlar və iqtisadiyyatın şaxələndirilməsi, turizm, energetika, nəqliyyat, Avropa İttifaqı çərçivəsində əməkdaşlıq sahəsində qazandığı təcrübədən istifadə edə bilər. Vışeqrad qrupuna daxil olan ölkələrin hamısının səfirləri ilə məsləhətləşmələr aparmışam. Qərara gəlmişik ki, əməkdaşlığın əsas istiqamətləri və sahələri üzrə konkret sazişlərin əldə olunması məqsədilə siyasi direktorlar və ekspertlər arasında görüşün keçirilməsinə hazırlıq işləri başlansın" - GUAM baş katibi vurğulayıb.

O, GUAM-ın bu gün Vışeqrad qrupu ölkələrinin bu və ya digər sahələr üzrə əməkdaşlığın zəruriliyi istəklərini bildirməsi mərhələsində olduğunu qeyd edib.

"Gələn il sədrlik hüququ Gürcüstana keçəcək və biz siyasi əməkdaşlığın yeni səviyyəsinə çatmaq istəyirik" - A.Əfəndiyev diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi