Yuxarı
    Bağlamaq

    Baş katib: "GUAM məkanında münaqişələr beynəlxalq təhlükəsizlik və sabitliyə təhdiddir"

    Altay Əfəndiyev Nyu-Yorka səfər edib

    Bakı. 24 fevral. REPORT.AZ/ Demokratiya İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) baş katibi Altay Əfəndiyev Ukraynanın BMT Təhlükəsizlik Şurasında sədr qismində dəvəti əsasında Nyu-Yorka səfər edib.

    "Report" xəbər verir ki, səfər zamanı o, Təhlükəsizlik Şurasının "Avropada münaqişələr: beynəlxalq sülhə və təhlükəsizliyə dəstək" mövzusundakı açıq müzakirələrində iştirak edib. Həmçinin BMT-də akkreditə olunmuş GUAM-a üzv ölkələrin diplomatik missiyalarının rəhbərləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilib.

    Müzakirələr zamanı A.Əfəndiyev GUAM təşkilatı ərazisində xaricdən dəstəklənən, GUAM dövlətlərinin ərazi bütövlüyü və suverenliyinin kobud şəkildə pozulması, çoxsaylı insan tələfatı, milyonlarla qaçqın və məcburi köçkünlərin yaranması ilə nəticələnən silahlı münaqişələrlə bağlı narahatlığını bildirib. Baş katib münaqişələrin GUAM ölkələrinin regional və beynəlxalq əməkdaşlığına mənfi təsir etdiyini, eləcə də bu münaqişələrin Avropa və beynəlxalq təhlükəsizliyə və sabitliyə yaratdığı risk və təhdidləri xüsusi vurğulayıb. A.Əfəndiyev beynəlxalq ictimaiyyəti BMT-nin 2030-cu il üçün davamlı inkişaf proqramının məqsədlərinin həyata keçirilməsi məqsədilə münaqişələrin qısa müddətdə sülh yolu ilə həllinə yardım etməyə çağırıb.

    Baş katib eyni zamanda təşkilatın "GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" kollektiv qətnaməsinin təşviqi ilə bağlı GUAM-ın təşəbbüsünə dəstək verilməsinə dair çağırış edib.

    Səfər zamanı A.Əfəndiyev Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev və Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Kaxa İmnadze ilə də görüş keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi