​Baş katib: "Azərbaycan GUAM-ın inkişafına əhəmiyyətli töhfə verir" 

​Baş katib: "Azərbaycan GUAM-ın inkişafına əhəmiyyətli töhfə verir"  Azərbaycan GUAM çərçivəsində mütəşəkkil cinayətkarlıqla mübarizə, nəqliyyat, kibertəhlükəsizlik formatında fəal iş...
Xarici siyasət
24 Dekabr , 2014 12:11
​Baş katib: Azərbaycan GUAM-ın inkişafına əhəmiyyətli töhfə verir 

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan GUAM çərçivəsində mütəşəkkil cinayətkarlıqla mübarizə, nəqliyyat, kibertəhlükəsizlik sahələrində fəal işlər görür. Bu barədə "Report"a müsahibəsində GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib. "Azərbaycan Respublikası təşkilatın əsasını qoyan dövlət kimi bu qurumun inkişafına əhəmiyyətli töhfələr verir. Azərbaycan GUAM-ın işçi qrupları və digər orqanlarının iclaslarında fəal iştirak edir", - V.Çeçelaşvili bildirib. O həmçinin Azərbaycanın enerji məsələləri üzrə işçi qrupunda həyata keçirdiyi uğurlu koordinasiya işini vurğulayıb. "Son iki il ərzində GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində, həmçinin Mərkəzi və Şərqi Avropada ətraf mühitin regional mərkəzinin dəstəyi ilə təşkilata üzv olan ölkələrdə bərpa olunan enerji mənbələri məsələlərinə həsr olunmuş iki seminar keçirilib". Bununla yanaşı baş katib qeyd edib ki, Azərbaycan həmçinin mədəniyyət və turizm üzrə işçi qrupunda da koordinator funksiyalarını həyata keçirir. Gələn il həmin işçi qrupun təşəbbüsü ilə "GUAM-a üzv dövlətlərinə səyahət etmək üçün 10 səbəb" adlı fotosərginin təşkil olunması planlaşdırılır. "Azərbaycan Respublikası həmçinin GUAM çərçivəsində fəaliyyət göstərən digər işçi qruplar formatında, o cümlədən, mütəşəkkil cinayətkarlıqla mübarizə, nəqliyyat, kibertəhlükəsizlik və s. istiqamətlər üzrə də fəal işlər görür", - deyə, V.Çeçelaşvili bildirib.

Son xəbərlər

Orphus sistemi