Baş katib: “Ahılları hədəfə alan vicdansız cinayətkarları məsuliyyətə cəlb etməliyik”

Baş katib: “Ahılları hədəfə alan vicdansız cinayətkarları məsuliyyətə cəlb etməliyik” BMT baş katibi Antoni Quttareş Beynəlxalq Ahıllar Günü ilə bağlı müraciət yayıb.
Xarici siyasət
1 Oktyabr , 2021 12:47
Baş katib: “Ahılları hədəfə alan vicdansız cinayətkarları məsuliyyətə cəlb etməliyik”
Antoniu Quterreş

BMT baş katibi Antoni Quttareş Beynəlxalq Ahıllar Günü ilə bağlı müraciət yayıb.

“Report” xəbər verir ki, müraciətdə deyilir:

“Yaxınlarımızla əlaqə saxlayırıq. Dini ayinlərdə iştirak edirik. Fikrimizi bildiririk. COVID-19 pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə üzləşən fərdlər və icmalar bu və digər fəaliyyətləri daha çox onlayn həyata keçirirlər. Dünyanın texnologiyadan asılılığının artdığı bir vaxtda, ahıl insanlar bu sahədə başqaları ilə müqayisədə daha çox dəstəyə ehtiyac duyurlar.

"Bütün yaşlarda rəqəmsal bərabərlik" builki Beynəlxalq Ahıllar Gününün mövzusudur və cəmiyyətin inkişafı naminə müxtəlif nəsillərin nümayəndələri üçün imkanları genişləndirmək üçün mühüm bir imkan təklif edir. Ahıl insanlar pandemiya zamanı daha çox təcrid olundular.

Digər tərəfdən, onların artmaqda olan kibercinayət təhlükəsindən zərərçəkmə riski daha yüksəkdir. Ahılları hədəfə alan vicdansız cinayətkarları məsuliyyətə cəlb etmək üçün bütün mümkün tədbirləri görməklə yanaşı, onların müdafiəsini və rifahını təmin etmək məqsədi ilə rəqəmsal bacarıqlarını gücləndirmək istiqamətində çalışmalıyıq.

Yaşlı insanlar təkcə həssas əhali qrupu deyil. Onlar bilik, təcrübə və kollektiv tərəqqimiz üçün zəngin töhfə mənbəyidirlər. Ahıllar yeni texnologiyaya çıxış əldə etməklə, onu öyrənə və istifadə edə bilsələr, yoxsulluğu aradan qaldırmaq və planetin qorumaq, habelə 2030-cu ilə qədər bütün insanlara sağlamlıq, sülh və firavanlığı təmin etmək üçün qlobal çağırışımız olam Davamlı İnkişaf Məqsədlərinə nail olmağımıza öz töhfələrini verəcəklər.

Builki Beynəlxalq Ahıllar Günündə yaşından asılı olmayaraq hər kəs üçün rəqəmsal bərabərliyə nail olmaq üçün daha inklüziv siyasət, strategiya və fəaliyyətləri həyata keçirməyə çağırıram”.

Son xəbərlər

Orphus sistemi