Mayın 12-də Azərbaycanda İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) regional nümayəndəliyi açılacaq.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.
“Bir sıra səbəblərə görə Azərbaycanda səfərdəyəm. Ən mühüm səbəblərdən biri Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsidir. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə İslam dünyası üçün çox mühüm hadisədir.
Bundan başqa, mayın 12-də biz həm də Azərbaycanda ICESCO-nun regional ofisini açacağıq. Yəni, üzərimizə düşən bir sıra vəzifələr var. Biz həmçinin Heydər Əliyev Fondu ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayacağıq”, - o vurğulayıb.
Baş direktor əlavə edib ki, təşkilatın məqsədi ölkələr arasında təhsil, elm və mədəniyyət sahəsində körpülər qurmaqdır.