Heydər Əliyev dəmir iradəli, eyni zamanda insanlara qarşı həssas biri idi.
“Report” xəbər verir ki, bunu 1980-1990-cı illərdə Baykal-Amur magistral xəttinin (BAM) tikintisində iştirak etmiş “BAM birliyi” ümum-Rusiya ictimai təşkilatının prezidenti Efim Basin deyib.
“O mənim taleyimdə böyük rol oynayıb. Heydər Əliyevin BAM-ın tikintisini ziyarət etməsini yaxşı xatırlayıram”, – deyə o, xatirələri ilə bölüşüb.
O həmçinin vurğulayıb ki, azərbaycanlı inşaatçılar BAM-da iki qəsəbə salıblar.
“Azərbaycan yeganə respublikadır ki, BAM-da öz nümayəndələrinə verdiyi vədləri yerinə yetirib, onları mənzillə təmin edib. Bu o deməkdir ki, Heydər Əliyevin adı xalqlarımızın dostluğunun simvolu olub”, – Basin əlavə edib.
Eyni zamanda, o, Rusiya və Azərbaycan prezidentlərini iyulun 8-də Tında şəhərinə BAM-ın ildönümünü qeyd etməyə dəvət edib.