Baku TV: Antalya Diplomatiya Forumunda aktual beynəlxalq məsələlər müzakirə edilir

Baku TV: Antalya Diplomatiya Forumunda aktual beynəlxalq məsələlər müzakirə edilir Türkiyədə üç gün davam edən Antalya Diplomatiya Forumu çərçivəsində bir çox məsələ müzakirə olunacaq.
Xarici siyasət
11 aprel 2025 18:53
Baku TV: Antalya Diplomatiya Forumunda aktual beynəlxalq məsələlər müzakirə edilir

Türkiyədə üç gün davam edəcək Antalya Diplomatiya Forumu çərçivəsində bir çox məsələ müzakirə olunur.

"Report" xəbər verir ki, bu barədə "Baku TV"-nin Antalya Diplomatiya Forumundan hazırladığı süjetdə qeyd olunub.

Bildirilib ki, aprelin 11-dən 13-dən davam edəcək Forumda iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal mövzular gündəmdədir:

"50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur. 140 ölkədən 450-yə yaxın nümayəndə, o cümlədən dövlət rəhbərləri, xarici işlər nazirləri, jurnalistlər Foruma təşrif buyurublar".

Həmçinin qeyd olunub ki, Forumda keçiriləcək sessiyalar çərçivəsində müharibələrin iqtisadiyyata təsirindən də söz açılıb:

"Gürcüstanın Baş naziri İrakli Kobaxidze öz çıxışında ölkələr arasında iqtisadi əlaqələrin qurulmasının vacibliyindən danışdı. O, xüsusilə vurğuladı ki, müharibələr və qaynar nöqtələr iqtisadiyyata ciddi təsir göstərir".

Bildirilib ki, müzakirəsi gözlənilən vacib mövzular arasında gərginlik yaşanan regionlar və ölkələr də var: "Yaxın Şərqdəki gərginliyin aradan qaldırılması mövzusunda iki plenar iclas keçiriləcək. Müzakirə olunacaq mövzular arasında, həmçinin Rusiya-Ukrayna müharibəsi də var".

Son xəbərlər

Orphus sistemi